Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "Darmştadt"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 14 xalla 13-cü pillədə qərarlaşıb.