"Bornmut"un müdafiəçisi İlya Zabarnıy PSJ–yə keçidi ilə bağlı şərtlərdə anlaşıb.
Newsport.az xəbər veroir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında jurnalist Nikolo Şira paylaşıb.
Bildirilir ki, mərkəz müdafiəçisi artıq PSJ ilə 2030-cu ilə qədər müqavilənin şəxsi şərtlərini razılaşdırıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə 22 yaşlı İlya Zabarnıy 36 oyun keçirib və bir məhsuldar ötürmə edib. Ukraynalı müdafiəçi İngiltərə Kubokunda da 3 oyun keçirib.