Dias "Liverpul"dan ayrılmaq istəyir

"Liverpul"un hücumçusu Luis Dias tezliklə İngiltərə klubunu tərk edə bilər.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo" paylaşıb.

Bildirilir ki, "Barselona" rəhbərliyi hücumu gücləndirmək üçün kolumbiyalı futbolçunu prioritet variant hesab edir. Uşaqlıqdan Kataloniya klubunda oynamaq arzusunda olan cinah oyunçusu da transferdə maraqlıdır.

Dias "Liverpul"da ona qiymət verilmədiyini hiss edir və hazırda o, müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb.

Qeyd edək ki, ötən mövsüm Dias Premyer Liqada 36 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right