Braziliya yığmasının keçmiş hücumçusu Jo aliment ödəməməkdə ittiham edilərək, Quarulyus hava limanında saxlanılıb.
Newsport.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 38 yaşlı futbolçunu təyyarəyə minmək ərəfəsində saxlayıblar.
Braziliyalı ötən ilin mayında da alimenti ödəmədiyi üçün həbs edilmişdi. Həmin vaxt məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edərək, keçmiş forvardı azadlığa buraxmışdı.
Qeyd edık ki, Jo karyerası boyunca bir çox klubda çıxış edib. O, Türkiyənin "Qalatasaray", İngiltərənin "Mançester Siti", Rusiyanın MOİK komandalarının da şərəfini qoruyub.