FİFA dünya çempionatına bilet sata bilmir

FİFA klublararası dünya çempionatının "Əl Əhli" (Misir) - "İnter Mayami" (ABŞ) açılış matçına bütün biletləri sata bilmir.

Newsport.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Mayamidəki "Hard Rok" stadionu 65 min tamaşaçı tutumuna malikdir. Lakin indiyədək cəmi 20 min bilet satılıb. FİFA çıxış yolunu 100 min tələbəsi olan Mayami Dade Kolleci ilə əməkdaşlıqda tapıb. Belə ki, bilet alan hər tələbə 4 bileti pulsuz əldə edəcək. Bu halda 3,5 avroluq xüsusi qiymət tətbiq olunacaq.

FİFA prezidenti Canni İnfantino məsələ haqda deyib: "Stadionu dolduracağıq, atmosfer əla olacaq. Bəli, hələ satılmamış biletlər var, amma yaxın günlərdə daha çoxunu satacağıq".

Klublararası dünya çempionatı 2025-ci il iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.Turnirdə müxtəlif qitələrdən 8 qrupa bölünmüş 32 komanda iştirak edəcək. 1-ci və 2-ci yerləri tutan komandalar 1/8 finala yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right