"Mançester Yunayted" Braziliya millisinin üzvü ilə müqavilə imzaladı

"Mançester Yunayted" "Vulverhempton"dan transfer etdiyi Mateus Kunya üçün imza mərasimi təşkil edib.

Newsport.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Braziliya millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Mançester Yunayted" 26 yaşlı hücumçu üçün onun klubuna 62,5 milyon funt-sterlinq təzminat ödəyib.

Qeyd edək ki, Mateus Kunya ötən mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 36 oyunda 17 qol vurub, 6 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right