"Qalatasaray" yeni transferi Leroy Sane ilə müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında fotolar yayılıb.
29 yaşlı hücumçu ilə müqavilə 3 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Sanenin son klubu "Bavariya" olub. O, 2020-2025-ci illərdə Münhen təmsilçisinin formasını geyinib.