İngiltərə millisinin üzvü Fransa klubu ilə müqavilə imzaladı

"Lill"lə müqaviləsi başa çatan Ancel Qomesin yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi Fransada qalacaq.

Qomes "Marsel"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərə millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ancel Qomes 2020-ci ilin yayından "Lill"də çıxış edirdi. 24 yaşlı futbolçu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right