Osimhen yarışına "Liverpul" da qoşuldu

"Əl-Hilal"ın təklifini rədd edən Viktor Osimhen Avropada qalmaq istəyir.

Newsport.az xəbər verir ki, nigeriyalı hücumçu İngiltərə Premyer Liqasında çıxış edə bilər. Bu barədə "TBR Football" məlumat yayıb.

"Liverpul" Osimheni transfer etmək istəyir. İngiltərə çempionu 26 yaşlı forvardla danışıqlara başlayıb.

"Mançester Yunayted" də ulduz futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, müqavilə ilə "Napoli"yə məxsus olan Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right