Türk futbolçu "Bavariya"nı Niderland klubuna dəyişdi

Türk futbolçu Emirhan Demircan "Bavariya"dan ayrılıb.

Newsport.az xəbər verir ki, futbolçu Almaniya klubu ilə mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Demircanın yeni klubu da məlumdur. 20 yaşlı vinger Niderlandın "Utrext" klubu ilə anlaşıb. Türkiyə  U-21 millisinin üzvü ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Emirhan Demircanla "Beşiktaş", "Reyncers" və "Hoffenhaym" da maraqlanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right