“Real”ın yarımmüdafiəçisi Luka Modriçin "Milan"a keçəcəyi vaxt bəlli olub.
Newsport.az "Marca"ya istinadən xəbər verir ki, klublararası dünya çempionatından sonra xorvatiyalı futbolçunun transferi rəsmiləşəcək.
Qeyd edilib ki, 39 yaşlı futbolçu turnir başa çatana qədər heç bir rəsmi addım atmaq niyyətində deyil və bütün diqqətini “Real”ın oyunlarına yönəldib.
Modriç “qırmızı-qaralar”la ilkin razılıq əldə edib və 2026-cı ilin iyununa qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı 15 iyun-13 iyul tarixlərində ABŞ-da keçiriləcək. Turnirdə ümumilikdə 32 komanda, həmçinin “Real” da iştirak edəcək.