İngiltərənin üç klubu "Mançester Yunayted"in futbolçusu ilə maraqlanır

İngiltərə Premyer Liqasında çıxış edən üç klub "Mançester Yunayted"in futbolçusu Ceydon Sanço ilə maraqlanır.

Newsport.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa", "Tottenhem" və "Nyukasl" 25 yaşlı vingeri transfer etməyi düşünür.

İngiltərəli oyunçuya Səudiyyə Ərəbistanı təmsilçiləri də maraq göstərir.

Qeyd edək ki, Ceydon Sanço 2024/2025 mövsümündə icarə əsasında "Çelsi"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right