Tanınmış jurnalist Tomas Kennedinin X sosial şəbəkə hesabında verdiyi məlumata görə, FİFA rəsmiləri, “Telemundo” kanalının rəhbərləri və Mayami-Deyd merini 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatına geri sayımı qeyd etmək üçün ziyafətə aparan yaxta Floridada sərhəd agentləri tərəfindən saxlanılıb.
Klublararası dünya çempionatının ilk oyunu iyunun 14-dən 15-nə keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 02:00-da başlayacaq. İlk oyunda “İnter Mayami” ilə “Əl-Əhli” komandaları qarşılaşacaq.
Klublararası dünya çempionatı 2025-ci il iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirdə dünyanın müxtəlif ölkələrindən 32 komanda iştirak edəcək.