Polşa millisinin baş məşqçisi Levandovski ilə münaqişədən sonra postunu tərk edib

Mixal Probej Polşa millisində baş məşqçi postunu tərk edib.

Newsport.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Mütəxəssis öz istəyi ilə yığmadan ayrılıb.

Qeyd edək ki, daha əvvəl komandada Robert Levandovskidən kapitan sarğısı alınıb. Təcrübəli forvard baş məşqçi dəyişdirilənədək millidə oynamamaq qərarına gəldiyini açıqlayıb. Polşa Futbol Assosiasiyası kapitan sarğısının alınmasının Probejin qərarını olduğunu bəyan edib. Mütəxəssis 2023-cü ilin sentyabrında bu posta təyin olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right