"Napoli"nin sabi baş məşqçisi Cennaro Qattuzo İtaliya millisinə rəhbərlik edə bilər.
Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
47 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatı üçün İtaliya millisinin baş məşqçisi olmağa hazırdər.
Qeyd olunub ki, indi o, Luçiano Spallettini əvəz etmək üçün ən yaxşı şansa sahibdir.
Qattuzonun son klubu "Hayduk" olub. O, 5 gün əvvəl komandadan ayrılıb. Mütəxəssis bundan əvvəl “Marsel”, “Valensiya”, “Napoli”, “Milan”, “Milan U-19”, “Piza”, “OFI”, “Palermo” və “Sion”da çalışıb.