Almaniya millisinin üzvü Türkiyə klubuna keçir

Türkiyəni avrokuboklarda təmsil edəcək “Samsunspor” səs-küylü transferə hazırlaşır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi “Borussiya”(Dortmund) və Almaniya millisinin futbolçusu Yulian Brandtı heyətinə qatmağı planlaşdırır.

Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Alman futbolçu “Samsunspor”a ilkin razılıq verib.

Son anda hansısa problem çıxmasa, Yulian Türkiyə klubuna keçəcək. Qeyd edək ki, yarımmüdafiəçi “Borussiya”dan əvvəl “Bayer”də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right