Donnarumma mançesterlilərin hədəfində

İtaliyanın “La Repubblica” nəşrinin verdiyi xəbərə görə, PSJ yay transfer pəncərəsində Canluici Donnarummanı sata bilər.

Mənbənin məlumatına görə, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər. 26 yaşlı qapıçının parislilərlə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Klub onun transferi üçün 40 milyon avro istəyir.

Donnarummanın xidmətində “Mançester Siti” və “Mançester Yunayted”in maraqlı olduğu bildirilir.

Ötən mövsüm qapıçı bütün turnirlərdə 40 oyun keçirib, 39 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right