Memfis Depaydan Niderland yığmasında ən çox qol vuran futbolçu olub.
Newsport.az xəbər verir ki, hazırda “Korintians” klubunun oyunçusu olan hücumçu DÇ-2026-nın seçmə mərhələsində Malta ilə matçda dubl edib. O, 9-cu dəqiqədə penaltidən, 16-cı dəqiqədə isə oyundan qol vurub.
Milli komandada Depay 102 oyunda 50 qol vurub. Bu göstərici ilə o, ölkə tarixinin ən yaxşı bombardiri olan Robin van Persi ilə eyni qola sahibdir.