Bellingemin yeni klubu bəlli oldu

Almaniyanın "Borussiya" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Dortmund təmsilçisi "Sanderlend"dən Cob Bellingemi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Borussiya" 19 yaşlı yarımmüdafiəçi üçün onun klubuna 33+5 milyon avro təzminat ödəyəcək. İngiltərə U-21 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Cob Bellingem "Real"da çıxış edən Cud Bellingemin qardaşıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right