"Trabzonspor"un müdafiəçisi Pedro Malheyro karyerasını Birləşmiş Ərəb Əmirlikllərində davam etdirəcək.
Newsport.az xəbər verir ki, "Əl-Vəsl" portuqaliyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ərəblər Malheyro üçün Türkiyə klubuna 7 milyon avro təzminat və 1,5 milyon avro bosun ödəyəcək. 24 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pedro Malheyro ötən mövsüm "Trabzonspor"un heyətində keçirdiyi 43 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.