İspaniya millisinin qapıçısı "Barselona"ya keçir

"Espanyol"un qapıçısı Xoan Qarsiyanın "Barselona"ya transferi yekunlaşmaq üzrədir.

Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

"Barselona" ispaniyalı qolkiper üçün onun klubuna 25 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. 24 yaşlı qapıçı bu gün yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Xoan Qarsiya ötən mövsüm "Espanyol"un heyətində 38 oyunda meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right