“Çelsi” “Milan”dan cavab gözləyir

“Milan” tezliklə “Çelsi”yə cavab verməlidir. İtaliya klubu Mik Menyan üçün aldığı rəsmi təklifi günün sonunacan dəyərləndirməlidir.

Newsport.az xəbər verir ki, fransalı qapıçı londonluların ona göndərdiyi şəxsi müqavilənin şərtlərindən məmnundur. Amma transferin rəsmiləşməsi üçün oyunçunun 2026-cı ilədək müqavilə ilə bağlı olduğu “rossonyerlər”in razılığı lazımdır. 30 milyonluq təklif üzərində danışıqlar gedir.

“Çelsi” 29 yaşlı qapıçının xidmətindən Klublararası Dünya Çempionatında yararlanmaq istədiyindən, müzakirələrin yekunlaşmasını istəyir. “Milan” bu gün rəsmi cavab verməsə, keçid alınmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right