"Tottenhem" danimarkalı məşqçi ilə anlaşdı

"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Newsport.az xəbər verir ki, London təmsilçisi "Brentford"u çalışdıran Tomas Frankla anlaşıb. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Tottenhem" danimarkalı mütəxəssis üçün onun klubuna 10 milyon funt-sterlinq təzminat ödəyəcək. Təyinatın yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Tomas Frank 2018-ci ilin oktyabr ayında "Brentford"un baş məşqçisi təyin olunub. "Tottenhem" isə Ange Postekoqlu ilə yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right