"Fənərbaxça"dan ayrılan hücumçu İtaliyaya qayıda bilər

"Fənərbaxça"dan ayrılan Edin Ceko İtaliyaya qayıda bilər.

Newsport.az xəbər verir ki, "Bolonya" azad agent statusunda olan bosniyalı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

A Seriyası klubu Cekoya 1+1 illik müqavilə təklif edib. 39 yaşlı forvard hələ qərarıını verməyib.

Qeyd edək ki, Edin Ceko ötən mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 53 rəsmi matçda  21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu İtaliyada daha əvvəl "Roma" və "İnter"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right