"Bavariya"PSJ-dən 50 milyon avro tələb edir

"Bavariya"nın müdafiəçisi Kim Min-ce karyerasını Fransada davam etdirə bilər.

Newsport.az xəbər verir ki, PSJ cənubi koreyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.

PSJ-nin idman direktoru Luis Kampos oyunçunun meneceri ilə görüşüb. Almaniya klubu 28 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Bavariya" Kim Min-ceni 2023-cü ilin yayında "Napoli"dən transfer edib. Cənubi Koreya millisinin üzvü ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right