Spalletti İtaliya yığmasından istefa verərsə...

İtaliya millisinin baş məşqçisi dəyişə bilər. Dünən Luçano Spallettinin komandası 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin 3-cü turunda Norveç millisinə 0:3 hesabı ilə uduzub.

Newsport.az xəbər verir ki, italiyalı jurnalist Canluka di Marzionun məlumatına görə, 10 iyun tarixində hazırkı baş məşqçi ilə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Gabriele Gravina arasında görüş keçiriləcək. Spallettinin istefa verməsi ehtimalı istisna edilmir. Moldova ilə oyuna qədər məşqçi heyətində dəyişiklik olmayacaq.

Əgər Luçano istefa verərsə, İtaliya millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər Stefano Pioli və Kladio Ranyeri olacaq. “Milan”ın keçmiş baş məşqçisi Pioli favorit hesab olunur, lakin o, hazırda çalışdığı “Əl-Nəsr” klubundan vergi səbəblərinə görə iyul ayının əvvəlinə qədər ayrıla bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right