Hansi Flik İvan Perişiçi “Barselona”da görmək istəyir. Ötən mövsümdə 36 yaşlı hücumçu PSV-də oynayıb və əgər müqaviləsini uzatmasa, 1 iyulda sərbəst agent olacaq.
Newsport.az xəbər verir ki, "Mundo Deportivo"nun məlumatına görə, “Barselona”nın baş məşqçisi klubun Perişiçi transfer etməsini istəyir. Flik 36 yaşlı xorvatiyalını “Bavariya”da işlədiyi dövrdən tanıyır.
Qeyd edək ki, keçən mövsümdə Perişiç PSV-nin heyətində 11 qol vurub və 11 məhsuldar ötürmə edib.