Premyer Liqa klubundan 42 milyon avroluq transfer

"Vest Hem" "Nitsa"dan icarəyə götürdüyü Jan-Kler Todibo ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi fransalı mərkəz müdafiəçisi üçün satınalma bəndini işə salıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vest Hem" 25 yaşlı oyunçu üçün "Nitsa"ya 42 milyon avro təzminat ödəyib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Vest Hem" Jan-Kler Todibonu mövsümün əvvəlində icarəyə götürmüşdü. Fransa millisinin üzvü London klubunun heyətində 29 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right