"Barselona"nın müdafiəçisinə "Əl-Nəsr"dən təklif

"Barselona"da heyətə düşə bilməyən Andreas Kristensen komandadan ayrıla bilər.

Newsport.az xəbər verir ki, İspaniya çempionu yayda danimarkalı mərkəz müdafiəçisini satmağı planlaşdırır.

Eriksenə Səudiyyə Ərəbistanından təklif var. "Əl-Nəsr" 29 yaşlı futbolçunu transfer etmək istəyir. Ərəblər təcrübəli oyunçuya sərfəli maaş təklif edib.

Qeyd edək ki, Kristian Eriksen 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Danimarka millisinin üzvü başa çatan mövsümdə Kataloniya təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right