Superliqaya geri qayıdan klub "Qalatasaray"ın futbolçusunu istəyir

“Qalatasaray”ın futbolçusu Kerem Demirbay komandasını dəyişə bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı futbolçunu “Kocaelispor” icarəyə vermək ehtimalını gözdən keçirir.

16 ildən sonra Superliqaya geri qayıdan İzmit təmsilçisi Demirbay üçün danışıqlar aparır.

Almaniya millisinin sabiq üzvünün “Qatalasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, “Hamburq”, “Kayzerslautern”, “Fortuna”, “Hoffenhaym”, “Bayer”(Leverkuzen) komandalarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right