“Atletiko” ona görə narahat deyil

“Atletiko” Xulian Alvaresin satışı ilə bağlı planlarının olmadığını açıqlayıb.

Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubu 25 yaşlı hücumçuya “Barselona” və “Arsenal” tərəfindən maraq göstərildiyini bilsə də, onun gələcəyi ilə bağlı narahatlıq keçirmir.

Klub rəhbərliyi argentinalı futbolçunun hazırkı komandasında xoşbəxt olduğunu düşünür.

“Atletiko” Alvaresin satışını müzakirə etməyi planlaşdırmır və onun müqaviləsində göstərilən transfer məbləği 500 milyon avrodur.

25 yaşlı forvard La Liqanın son mövsümündə 37 oyuna çıxaraq, 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right