“Qarabağ”ın və Monteneqro yığmasının yarımmüdafiəçisi Marko Yankoviç DÇ-2026-nın seçmə mərhələsində Çexiya ilə Plzendə keçirəcəkləri oyun haqda danışıb.
Newsport.az xəbər verir ki, “RTCG” portalına danışan Yankoviç səfərdə onları razı salacaq nəticədən bəhs edib:
“Səfərdə oynadığımızı nəzərə alsaq, bir xal da yaxşı variant kimi görünür. Cddi komandaya qarşı oynayırıq. Hansı ki, onlar meydana qələbə üçün çıxacaq. Asan matç olmayacaq, amma yaxşı ritmdəyik. Rəqibi təhlil etmişik, amma ilk növbədə özümüz haqqında düşünürük ki, Plzendə necə oynayaq. Çexlər təhlükəlidir, amma hər şeyi meydanda həyata keçirməklə razılaşırıq”.