“Tottenhem” “İnter”in müdafiəçisi üçün 40 milyon avro ödəməyə hazırdır

“İnter”in mərkəz müdafiəçisi Yann Bissek karyerasını “Tottenhem”də davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu almaniyalı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır. Lakin müdafiəçi ilə yalnız “Tottenhem” deyil, eyni zamanda, “Mançester Yunayted” və “Vest Hem” də maraqlanır.

Bissek som mövsümdə bütün turnirlərdə 46 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “İnter”lə müqaviləsi 2029-cu ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right