Antoni Bundesliqa klubuna keçə bilər 40 milyon avroya

“Betis”də icarə əsasında çıxış edən “Mançester Yunayted”in vingeri Antoni “Bayer”ə keçə bilər.

Newsport.az ABC-yə istinadən xəbər verir ki, Leverkuzen klubu braziliyalı futbolçu üçün “qırmızı şeytanlar”a 40 milyon avro təklif etmək niyyətindədir. “Mançester Yunayted”in bu məbləğə futbolçusunu buraxmağa hazır olduğu bildirilir.

Antoni son mövsümün ikinci yarısını icarə əsasında “Betis”də keçirib. 25 yaşlı futbolçu İspaniya klubunda 26 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right