Lionel Messi MLS-də ayın ən yaxşı futbolçusu seçilib.
Newsport.az xəbər verir ki, "İnter Mayami"nin 37 yaşlı hücumçusu ABŞ və Kanadanın ən yüksək liqasında keçirilən səsvermədə may ayında ən yaxşı oyunçu adına layiq görülüb.
Qeyd edək ki, keçən ay Messi MLS-də 7 oyunda çıxış edib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.