"Mançester Siti" 40 milyon avroya müdafiəçi transfer edir

"Mançester Siti" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Vulverhempton"da çıxış edən Rayan Ait-Nurini transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Mançester Siti" əlcəzairli sol cinah müdafiəçisi üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Rayan Ait-Nuri ötən mövsüm "Vulverhempton"un heyətində meydana çıxdığı 41 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right