“Bornmut”un müdafiəçisi Miloş Kerkez karyerasını “Liverpul”da davam etdirəcək.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan millisinin üzvü olan 21 yaşlı futbolçu “Liverpul”la 2030-cu ilin ortalarınadək qüvvədə olacaq müqavilə imzalayacaq. Transferin məbləği isə 45 milyon avro təşkil edir.
Kerkez 2023-cü ildən “Bornmut”da çıxış edir. O, son mövsümdə İngiltərə Premyer Liqasında 38 oyunda iştirak edib, 2 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.