“Bu qələbədən zövq almalıyıq” Roberto Martines

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines UEFA Millətlər Liqasının yarımfinalında Almaniya üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

Newsport.az “A Bola”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis taktiki baxımdan çox yaxşı çıxış etdiklərini bildirib:

“Biz ilk dəfə Almaniyada qalib gəldik və bu qələbədən zövq almalıyıq. Taktiki baxımdan çox yaxşı çıxış etdik və komandanın fədakarlığı nəticəyə təsir etdi. Xüsusilə, ilk hissədə hücumlarımız daha keyfiyyətli idi. Bu, əsl komanda qələbəsidir. Əslində, qol buraxmağı haqq etmirdik, orada niyə qayda pozuntusu sayılmadığını anlamıram. Qalib gəlmək bizə zövq verir və hər oyun bizim üçün fərqlidir. Almaniya millisi ilə qarşılaşma çox önəmli idi. Dünya çempionatına 12 ay qalıb və hər oyunu hazırlıq üçün istifadə etməliyik”.

Martinesin komandası Millətlər Liqasının finalında İspaniya və Fransa yığmaları arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right