Osimhenə 30 milyon avro maaşla müqavilə təklif olunub

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen yaxın vaxtlarda Afrikanın ən çox maaş alan futbolçularından birinə çevrilə bilər.

Newsport.az “Talksport”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu nigeriyalı forvarda illik 30 milyon avro maaş təklif edib.

Osimhenin müqavilə hüquqları hələ də “Napoli”yə məxsusdur və İtaliya təmsilçisi onu 75 milyon avro müqabilində satmağı planlaşdırır. “Əl-Hilal” bu məbləği ödəməyə hazırdır və bununla yeni baş məşqçi Simone İnzaqini yüksək səviyyəli transferlə sevindirmək istəyir.

Osimhen son mövsümü “Qalatasaray”da icarə əsasında keçirib. 26 yaşlı futbolçunun adı daha əvvəl “Çelsi” ilə hallanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right