Qvardiola: “Yamalı çalışdırmaq istərdim”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”nın futbolçusu Lamin Yamalla işləməkdən xoşbəxt olacağını etiraf edib.

17 yaşlı cinah oyunçusu ötən mövsüm Hans-Diter Flikin komandasının əsas oyunçularından biri olub.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Qvardiola Yamalla bağlı belə deyib:

“Mən Yamalı çalışdırmaq istərdim. Amma bu, olmayacaq”.

Yamal bu yaxınlarda “Barselona” ilə müqaviləsinin müddətini 2031-ci ilin ortalarına qədər uzadıb. Ötən mövsüm komandanın heyətində bütün yarışlarda 55 oyuna çıxan futbolçu 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

Qvardiola 2008-2012-ci illərdə “Barselona”ya rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right