"Çelsi" ingiltərəli futbolçu ilə 6 illik müqavilə bağladı

“Çelsi” “İpsviç” klubunun hücumçusu Liam Delapın transferini rəsmən elan edib.

Newsport.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə,London klubu 22 yaşlı forvardla 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. İngiltərə Premyer Liqasından aşağı liqaya düşən “İpsviç” Liam üçün 30 milyon funt-sterlinq alacaq.

Qeyd edək ki, ötən mövsüm ingiltərəli futbolçu Premyer Liqada keçirdiyi 37 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right