"Azərbaycanda futbol var" - Belarusun U-21 millisinin baş məşqçisi

"Şadıq ki, qələbə qazandıq. Hazırlıq üçün vaxtımız az idi. Cəmi 2 günümüz oldu. Bəzi oyunçular klublardan gec gəldilər".

Newsport.az xəbər verir ki, bu sözləri Belarusun U-21 millisinin baş məşqçisi Vitali Pavlov Azərbaycana 3:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən sonra mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan U-21 millisində yüksək səviyyəli futbolçuların olduğunu bildirib: "Oyun yaxşı keçdi. Rəqib çox keyfiyyətli idi. Oyunçuları xoşuma gəldi. Azərbaycan millisində sürətli, texnikalı və partlayıcı gücə malik oyunçular var. Bu cür futbolçuları sevirəm. Oyuna görə minnətdaram. Meydana öyrəşənə qədər oyunçular ötürmələrin sonluqlarını qoya bilmirdilər. Lakin 30-cu dəqiqədən sonra hər şey istədiyimiz kimi keçdi. İkinci hissədə bəzi tapşırıqlar verdim. Müdafiədən çıxışlarımız birinci hissədə pis idi. Ötürmələrdə səhvlər edirdik. Meydana yeni daxil olanların hesabına oyunu dəyişdik. Amma dediyim kimi, komandaya gec qoşulanlar var idi. Bəziləri istədiklərimi tam bilmirlər. Bəlkə də, azərbaycanlı oyunçular yorğun idi, bəlkə də, bizim oyunçular daha təcrübəli idilər. Yoxlama oyunu da bunun üçündür ki, zəif nöqtələrimizi bilək". 

V.Pavlov Azərbaycan millisinin üzvü Raul Məmmədovun vurduğu qola da münasibət bildirib: "Künc zərbəsindən qol buraxmağımızı gözləmirdim. Oyunçularımız hündürdür. Standartlara da yaxşı hazırlaşmışdıq. Təkrara baxmaq lazımdır ki, kimin səhvi olduğunu müəyyən edək". 

Baş məşqçi sonda Azərbaycan futbolunun səviyyəsindən söz açıb: "Azərbaycanda futbol oynamağı bilirlər. Qabağımızda yaxşı komanda var idi. Ayxan Abbasovla bir yerdə oxumuşam. Həmçinin "Qarabağ"ın hazırkı akademiya koordinatoru Aftandil Hacıyevlə də. Orada futbol var. Ona görə də deyə bilmərik ki, rəqibimiz zəif idi və ya Azərbaycandan bir neçə dəfə üstünük".

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right