"Qalatasaray" Xorvatiya millisinin qapıçısını transfer edir

"Qalatasaray" müqaviləsi başa çatan və klubdan ayrılan Fernando Musleraya əvəzləyici tapıb.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi PAOK-da çıxış edən Dominik Kotarskinin keçidini həll edib. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Xəbərdə "sarı-qırmızılar"ın xorvatiyalı qolkiper üçün onun klubuna 13 milyon avro təzminat ödəyəcəyi qeyd olunub. 25 yaşlı qolkiper özü də yaxın ətrafına "Qalatasaray"la anlaşdığını deyib.

Qeyd edək ki, PAOK Doninik Kotarskini 2022-ci ilin yayında ölkəsinin "Qoritsa" klubundan transfer edib. Xorvatiya millisinin üzvü başa çatan mövsümdə Saloniki təmsilçisinin heyətində 46 rəsmii matçda iştirak edib. O, 15 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right