Rusiyanın "Krasnodar” klubunun futbolçusu Runqar Siqurdson Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qəbələ” ilə keçirəcəkləri oyun haqqında danışıb.
Newsport.az saytnın məlumatına görə, islandiuyalı futbolçu 4 gün sonra baş tutacaq oyunla bağlı bunları deyib:
"Qəbələ" ilə oyun üçün gücümüz qalıb. Biz peşəkar futbolçularıq. Bütün oyunlara hazırlaşırıq. "Qəbələ" ilə görüşə hazırlıq üçün 5 günümüz var".
Qeyd edək ki, dekabrın 10-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" oyunu saat 22:00-da başlayacaq.