"Qalatasaray"ın futbolçusu Taylan Antalyalı Super Liqada klubunu dəyişəcək.
Newsport.az DHA-ya istinadən xəbər verir ki, türk yarımmüdafiəçi Super Liqaya yüksələn "Kocaelispor"a keçəcək.
30 yaşlı futbolçu "yaşıl-qaralar"la bütün şərtləri razılaşdırıb. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Taylan Antalyalı ötən mövsüm icarə əsasında "Bodrum"da çıxış edib.