UEFA PSJ-ni cərimələyəcək

UEFA Fransanın PSJ klubunu cərimələyəcək.

Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, buna Çempionlar Liqasının final matçı zamanı və oyundan sonra Paris təmsilçisinin azarkeşlərinin aqressiv davranışları səbəb olub.

Həmçinin paytaxt klubu oyunun keçirildiyi “Münhen Arena”ya dəymiş ziyanı da ödəyəcək. Fanatlar tribunalarda oturacaqlara zərər verməklə yanaşı stadionda qapının torunu kəsiblər və qazon parçalarını qoparıblar.

Xatırladaq ki, PSJ final oyununda "İnter”i 5 cavabsız qolla məğlub edərək tarixində ilk dəfə ÇL-in qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right