İngiltərəli hakim niyə kuryerlik edir?

Futboldan uzaqlaşdırılan ingiltərəli hakim Devid Kut özünə yeni peşə tapıb.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, o, hazırda kuryerlik edir.

Kut bir sıra insidentlərdən, o cümlədən  "Liverpul"in keçmiş baş məşqçisi Yurgen Klopp barədə təhqiramiz ifadələr işlətdiyi videosunun yayılmasından sonra cəzalandırılıb. O, ötən ilin noyabrında UEFA tərəfindən 18 aylıq diskfalifikasiya edilib.

Kutun həmçinin Avro-2024 zamanı qadağan olunmuş preparatlardan istifadə etməsi də sübut olunub.

İngilis hakim açıqlamasında yeni işi ilə bağlı bunları deyib: "Mən sadəcə olaraq irəliləmək istəyirəm. Məqsəd tapmaq və məsuliyyətli olmaq vacibdir. Bu iş mənə rahatlamağa kömək edir. Lakin mən bunu yeni karyera kimi görmürəm".

Qeyd edək ki, Kut Devid 2026-cı ilin yayına qədər hakimlikdən kənarlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right