"Tottenhem"in kapitanı Səudiyyə Ərəbistanına yollana bilər

"Tottenhem"in kapitanı Son Hın Min yayda komandadan ayrıla bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.

London klubu yeni transferlərə büdcə formalaşdırmaq üçün cənubi koreyalı vingeri satmağı planlaşdırır. 32 yaşlı oyunçu ilə Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.

Qeyd edək ki, Son Hın Min başa çatan mövsümdə "Tottenhem"in heyətində keçirdiyi 46 oyunda 11 qol vurub, 12 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right