Dzeko yenidən İtaliyada çıxış edəcək

"Fənərbaxça"dan ayrılan Edin Dzeko yenidən İtaliyada çıxış edə bilər.

Newsport.az xəbər verir ki, bu  barədə insayder Nikola Skira məlumat yayıb.

O, 39 yaşlı hücumçu ilə adı açıqlanmayan iki klubun danışıq apardığını bildirib.

Türkiyənin "Sözcü" qəzeti isə "Komo"nun Dzeko ilə razılıq əldə etdiyini yazıb.

Qeyd edək ki, Edin Dzeko daha əvvəl İtaliyada "Roma" və "İnter"də də oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right