lmaniya Bundesliqasının XV turunda "Borussiya” (Münhenqladbax) doğma meydanında "Bavariya”nı qəbul edib.
Newsport.az saytnın məlumatına görə, qarşılaşma "Borussiya”nın qələbəsi ilə başa çatıb. Münhenqladbax təmsilçisi "Bavariya”nı 3-1 hesabı ilə məğlub edib.
Sözügedən hesab bir sıramaraqlı faktlarla yadda qalıb. Belə ki, "Bavariya” Almaniya Bundesliqasında cari mövsüm ilk dəfə məğlub olub. Münhen təmsilçisi bunadək heç bir qarşılaşmada məğlub olmamışdı.
Oyun "Bavariya”nın fransız futbolçusu Frank Riberi üçün də əlamətdar olub. Uzun müddətlik zədədən qayıdan futbolçu cari mövsümdə ilk dəfə yaşıl meydanlara ayaq basıb. O, həmçinin dönüşünü qolla qeyd edib. Riberi matçın 81-ci dəqiqəsində komandasının təsəlli qolunu vurub.
Qeyd edək ki, Riberi sonuncu dəfə mart ayının 11-də yaşıl meydanlarda olmuşdu.